• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 12.07.2016 12:45

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının başlama vaxtı açıqlanıb

Azərbaycan klublarının da qarşılaşmalarının saatı bəlli olub. İyulun 20-də Avstriya “Admira”sını qəbul edəcək “Kəpəz” meydana 18:00-da çıxacaq. Ertəsi gün Macarıstan MTK-sı ilə üz-üzə gələcək “Qəbələ”nin matçı 21:00-da başlayacaq. Təmsilçilərimiz arasında sonuncu “Neftçi”nin taleyinə aydınlıq gələcək. Bakılıların Skopyedə “Şkendiya” ilə cavab matçı saat 22:00-da start götürəcək.

Orxan Cəfərzadə