Bu günə xəbərlərin oxunma sayı: 666
—
05.12.2025 15:45
Göygöldə tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü
Göygöl rayonunun Nizami kənd sakini, 1978-ci il təvəllüdlü Çingiz Eldar oğlu Hüseynovun üzərində zorakılıq əlamətlər olmayan meyiti Qızılqaya kəndi ərazisindəki küçələrdən birində aşkar edilib. Məlumata görə, Ç.Hüseynov tüfeyli həyat tərzi yaşayırmış. O, Qızılqaya kəndi ərazisində olarkən səhhəti qəfil pisləşib və orada ölüb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 40
