Bu günə xəbərlərin oxunma sayı: 666
— 17.11.2025 14:00

İrandan Azərbaycana PUA vasitəsilə narkotikin keçirilməsinin qarşısı alınıb

Sərhəd Qoşunları Komandanlığının "Horadiz"  ərazisində 17 kiloqram 235 qram narkotik vasitə və 500 ədəd narkotik tərkibli metadon M-40 həbinin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş əməliyyatla  Azərbaycan vətəndaşı – 1987-ci il təvəllüdlü Azər Orucov şübhəli şəxs qismində saxlanılıb. O, həmin əraziyə narkotik vasitəni götürmək məqsədilə gəldiyini etiraf edib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.