Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.10.2026 17:58

Emin Əmrullayev: Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur

Elm və təhsil naziri Emin Əmrullayev qızların təhsilinin ön plana çəkilməsinin vacibliyini vurğulayıb.O, “Qızların Təhsilinə Dəstək” layihəsinin beş illiyinə və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin yaradılmasının 125-ci ildönümünə həsr olunan tədbirdə çıxış edib.Nazir bildirib ki, qızların sosial həyatında yaranan məhdudiyyətlər onların təhsil nəticələrinə mənfi təsir göstərə bilər. O, Azərbaycanda qızların təhsil göstəricilərinin yaxşılaşdığını, texnoloji ixtisaslara qəbul olunan qızların sayının artdığını qeyd edib. Emin Əmrullayevin sözlərinə görə, qızların müstəqil qərar verməsi və cəmiyyətdə bərabərhüquqlu iştirakının təmin olunması üçün təhsil əsas vasitədir.