• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2000
— 01.09.2024 12:24

Səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb

KepezTV Player

Növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb. Bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib. Seçicilərin 9,92 faizi səsvermə hüququndan istifadə edib. O qeyd edib ki, hesabat vermiş məntəqələrin sayı 6478-dir.