KepezTV Player
Xocalı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları isə Goranboy rayonunun Ağcakənd qəsəbəsi ərazisində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər. Dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub. Bundan başqa reyd zamanı polis əməkdaşları sürücülük hüququ olmadan avtomobil idarə edənləri də müyyən edərək, onlarla profilaktiki söhbətlər aparıb və barələrində qanunamüvafiq tədbir görüblər.
- Baxış: 730