Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər bir sərəncamla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişdirilib.
Prezident yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı tədbirlər haqqında da Sərəncam verib.
Dövlət başçısının müvafiq Sərəncamları ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycanın Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Rəşad Fail oğlu İsmayılov ölkəmizin Omanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısı Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında qanunu da təsdiqləyib.
Azad Mustafayev
- Baxış: 252