• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1201
— 12.06.2017 16:54

Gün ərzində baş verən yanğınlar və fəsadları

KepezTV Player

Bu gün də alovun cənginə keçən yerlər olub. Tovuzda məktəb, Masallıda kafe, İsmayıllıda isə yük maşını yanıb.

Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Ağdam kəndində ibtidai siniflərin təhsil aldığı məktəb binasında yanğın olub. Alovun ram edilməsinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Ümumi sahəsi 250 m2 olan birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 170 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Məktəbdə heç kim olmadığından hadisə xəsarətsiz ötüşüb.

Masallının Mahmudavar kənd sakini Əzizağa Kərimova məxsus kafedə də anidən yanğın baş verib. Hadisə yerinə Fövqəlada Hallar Nazirliyinin Masallı və Lənkəranın Liman şəhər yanğından mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub. Ümümi sahəsi 220 kvadrat metr olan kafe içindəki əşyalarla birlikdə yanaraq kül olub. Qısa müddət ərzində alov lokallaşdırılıb, yaxınlığdakı tikililərə keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın elektirik naqillərində yaranan qısaqapanmadan baş verib. İsmayıllıda “Kamaz” yanaraq yararsız vəziyyətə düşüb. Rayon sakini 31 yaşlı Cümşüd Xurşudov idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə Girk kəndinə ot aparırmış. Ot bağlaması yüksək gərginlikli elektrik naqilinə ilişib, nəticədə yanğın baş verib. Sürücü canını son anda xilas edə bilib. "Kamaz" isə içərisindəki otla birlikdə tamamilə yanıb. Hadisə yerinə İsmayıllı və Göyçay rayonlarının FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Kənardakı ağaclar yanğından mühafizə olunub. Bütün faktlarla bağlı araşdırma aparılır.

 

Ruhəngiz Hacızadə