Arum zambağı mayalanmaya hazır olduqda kəskin iyli ammonyak qazı yaymağa başlayır. Çiçəyin son dərəcə maraqlı quruluşu var. Tozcuqların olduğu hissə ağ yarpağa bənzər qutunun dib tərəfindədir və çöldən görünmür. Buna görə də sadəcə iyi yaymaq böcəklərin diqqətini çəkmək üçün kifayət deyil. Tozcuqlar mayalanmağa hazır olduqda zanbaq yaydığı qoxu ilə birlikdə çiçəyin xaricdə qalan hissəsini də isidir. Bir gün ərzində reallaşan istilik və qoxu böcəklər üçün çox əhəmiyyətlidir. “Bu istilik və qoxu necə yaranır?” elə isə dinləməyə davam edin. Deməli bitkinin maddələr mübadiləsinin sürətlənməsi nəticəsində ortaya xüsusi turşu çıxır. Qlutamin turşusu adlanan bu maddənin kimyəvi yollarla parçalanması nəticəsində çiçək istilik və qoxunu meydana gətirir. Bunun sayəsində böcəklər çiçəyə yaxınlaşırlar. Lakin bu böcəklər üçün kifayət deyil, çünki arım zambağının tozcuqları dibdə bağlı torbacıqlarda olur. Xarici səthi yağlı olduğu üçün gələn böcəklər sürüşərək çiçəyin içinə düşür. Böcəklər çiçəyin içində bir gecə qalırlar. Səhər tezdən çiçəyin üzərində olan tikanlar bükülərək böcəklərin yuxarı dırmaşması üçün nərdivan funksiyası daşıyırlar. Nərdivandan dırmaşan böcəklər, azadlıqlarına qovuşan kimi vəzifələrini yerinə yetirmək üçün mayalanmaya hazır olan tozcuqlarla birlikdə başqa zambağa üz tuturlar.
Bizim indiki kimi tanıdığımız şalvarlar 19-cu əsrdə yaranıb. Lakin məlumdur ki, Qədim İranda qadınlar artıq şalvar geyinirdi. Avropada orta əsrlərin əvvəllərində kişilər tunika geyinirdilər, lakin metal silahlar bu geyimi qeyri-praktik edirdi. Beləliklə, corablar, daha sonra isə bricilər kişilər arasında getdikcə məşhurlaşdı. Bricilər dizin aşağısında bərkidilən və altında corab geyinilən şalvar idi. Təqribən 1820-ci illərdə brici baldırı örtən şalvarla əvəz olundu və pantalon adlanmağa başladı. 1830-cu illərdən sonra şalvar topuqlarda daha geniş və daha uzun oldu və o zamandan kişilər üçün əsas geyim növüdür. Artıq şalvarlar həm kişilər həm də, qadınlar tərəfindən geyinilən geyim növünə çevrilib.
1959-cu ildə Böyük Britaniyada yerləşən bir şirkət, o illərdə Britaniya kral ailəsi də daxil olmaqla, çoxlarının diqqətini cəlb edəcək bir ixtira edib. Dünyanın hər yerindən ixtiraların nümayiş olunduğu bir verlişdə ilk dəfə təqdim edilən "radio ilə idarə olunan qazon biçən maşın" bütün ölkəyə böyük təsir bağışlayıb. İnkişaf etdirilmiş radio ilə idarə olunan qazonbiçən maşında bağçası olanların oturub maşınlarına əmr verə biləcəyi bir sistem var idi. İndiki pultla idarə olunan avtomobillərin texnologiyasına bənzəyən bu ixtira ingilislər arasında həyəcan yaradıb. Britaniya kral ailəsinin üzvü olan şahzadə Marqaretin də sınaqdan keçirdiyi bu maşından o illərdə saray işçiləri istifadə edirdi. Ancaq insanlar bu maşınlara mənfi baxırdılar, bu da bəlkə də onların həyatını çox asanlaşdırırdı və onlar bu maşından yalnız işdən yayınan tənbəllərin istifadə etdiyini iddia edirdilər. Bu ixtiranın lazımı dəyəri görmədiyini söyləmək mümkündür, lakin son bir neçə ildə radio ilə idarə olunan qazon biçən texnologiyası inkişaf etdirildi və bu gün süni intellekt texnologiyasından istifadə edərək uzaqdan idarə olunan otbiçənlər istehsal olunmağa başlayıb.
Lalə Sadıqova
- Baxış: 7777