KepezTV Player
Azərbaycan Texnologiya Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib. Universitetdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində görülən işlərdən danışılıb. Bu il məzun olan bakalavr və magistrlara gələcək karyeralarında uğurlar arzulanıb. Ali məktəbin məzunları işəgötürənlərin təqdim etdiyi vakansiyalarla yaxından tanış olub, şəxsi məlumatlarını təqdim ediblər. Əmək yarmarkasında vakant yerlər təqdim edən müəssisələrlə işaxtaranlar arasında kommunikasiyalar qurulub.
Aişə Rzayeva
- Baxış: 262