• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 01.06.2024 19:08

"Malıbəy" KSES-in təməli qoyulub

KepezTV Player

Laçında “Malıbəy” kiçik su elektrik stansiyasının təməli qoyulub. Stansiyanın istismara verilməsi ildə təxminən 7 min evi elektrik enerjisi ilə təmin etmək imkanı yaradacaq. İkinci mərhələdə "Qalaça-1", "Qalaça-2" və "Minkənd", üçüncü mərhələdə isə Kəlbəcərdə "Tərtər-1" kiçik su elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Ümumilikdə 13,8 meqavat gücündə olan 5 stansiya 2025-ci ildə tam istifadəyə veriləcək.

"Malıbəy" kiçik su elektrik stansiyası Qarabağda özəl sektorla birgə icra edilən ilk layihədir. Stansiyanın Həkəri çayının qolu olan Zabux çayının üzərində, Avropa və Çin texnologiyaları əsasında inşa edilməsi planlaşdırılır. Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib ki, Laçındakı kiçik su elektrik stansiyası "sıfır" tullantı siyasətinin əyani nümunəsidir.

Məsim Məmmədov- Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi: “Bu günə qədər Laçında 9 KSES istifadəyə verilib. Onların ümumi gücü 80 Mvt-a yaxındır. Bugünkü KSES isə sayca 10-cudur. Laçın rayonunun “yaşıl enerji” potensialı böyükdür”.

Yıldırım Dəmirörən- "Demirören Holding"in sədri: “Laçın bölgəsində önəmli bir yatırıma imza atırıq. Məbləği və ya megavatı o qədər önəmli deyil. Önəmli olan, azad olunmuş Qarabağda bir türk ailəsi olaraq, qardaş Azərbaycana yatırım etməmiz bir ayrıca məmnum edir”.

Layihənin ikinci mərhələsində Kəlbəcərdə də "Tərtər-1" kiçik su elektrik stansiyasının tikilməsi nəzərdə tutulur. Ümumilikdə 13,8 meqavat gücündə olan 5 stansiya 2025-ci ildə tam istifadəyə veriləcək. Layihənin istismar müddəti 30 il nəzərdə tutulur.

Vüsalə Cənnətova