“Mançester Siti”nin hücumçusu Erlinq Haland “Globe Soccer” mükafatına layiq görülüb. 23 yaşlı forvard hamını qabaqlayaraq 2023-cü ilin ən yaxşı futbolçusu seçilib. Halanddan başqa, bu mükafata Kərim Benzema, Kilian Mbappe, Lionel Messi, Kristiano Ronaldo kimi namizədlər var idi. Mükafatın 2022-ci ildəki qalibi isə Kərim Benzema olub. Haland ötən mövsüm “Mançester Siti” ilə 3 kubok qazanıb – Çempionlar Liqası, İngiltərə Premyer Liqası və İngiltərə kuboku. O, “şəhərlilər”in heyətində 53 matçda iştirak edib və 52 qol vurub.
- Baxış: 165