KepezTV Player
Nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən “Tofaş” markalı avtomobilin sürücüsü yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradıb. DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılan sürücü Qasımov Mahir Tahir oğlunun sənədləri yoxlanılan zaman avtomobilin dövlət qeydiyyat nişanının başqasına məxsus olduğu aşkarlanıb. Eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinə zamanı M.Qasımovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 30 sutka inzibati qaydada həbs edilib.
- Baxış: 104