• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1524
— 25.12.2023 16:44

Evdə partlayış olub, ölən var

KepezTV Player

Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində evdən gəncin meyiti tapılıb. Ölən şəxs 1997-cil təvəllüdlü Hüseyov Elməddin Mehman oğludur. Elməddini səsləyən qonşuya cavab verən olmayıb. 

Yaxınları bildirir ki, Elməddin Hüseynov evdə tək yaşayırmış. İki bacının bir qardaşı olan 26 yaşlı gənc subay olub. Meyit müayinə olunmaq ücün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Ağstafa regional mərkəzində aparılıb.   

Pərnisə Hüseynova- mərhumun bacısı: “Hadisə, bu gün səhər eşitdim ki, meyiti evdə tapıblar. Qonşu gəlib, tapıb, dünən olub, ya gecə, bilinmir. İndi ekspertə aparılıb, yəqin ordan bir cavab olar, amma onu bilirik ki, deyəsən içəridə qaz partlayıb, o hala duşüb. Pis gündə idi, biz açanda pis vəziyyətdə gördük - bədəni şişmişdi. Yəqin ki, 3 gündür. Mən Qazaxda yaşayıram, qonşu sağ olsun, o tapıb. Təcili yardım gəlib, sonra da bizə xəbər ediblər, biz gəlmişik”.

Turqan Aliyev