• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1037
— 30.03.2024 12:08

FHN: "Ötən gün 4 nəfərin meyiti tapılıb"

Ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı 6-sı azyaşlı olmaqla 7 nəfər xilas edilib, 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunub.  Bildirilib ki, ötən sutka ərzində 32 yanğına çıxış, 1 nəqliyyat qəzası və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.