Dekabrın 2-də Qəbələninn Vəndam qəsəbəsində xidməti vəzifələrini icra edən polis əməkdaşlarına zor tətbiq olunmasına dair rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırma zamanı Vəndam qəsəbə sakini 1981-ci il təvəllüdlü Səxavət Ağayevin yol hərəkəti qaydalarını pozaraq sərxoş vəziyyətdə müvafiq etibarnamə olmadan idarə etdiyi “VAZ 2107” minik markalı avtomobillə saxlanılarkən 1974-cü il təvəllüdlü qardaşı Eldəniz Ağayevlə birgəhakimiyyət nümayəndəsi qismində ictimai qaydanın qorunması üzrə vəzifələrini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq onlara daş parçası, yumruq və təpiklə xəsarət yetirərək qərəzli xuliqanlıq hərəkətləri etməklə müqavimət göstərmələrinə və Polis Şöbəsinə məxsus avtomobili zədələmələrinə şübhələr müəyyən edilb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin məlumatında qeyd edilib ki, faktla bağlı cinayət işi başlanıb. Eldəniz Ağayev barəsində həbs, Səxavət Ağayev barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
- Baxış: 241