• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 15.11.2023 13:55

Əl qumbaraları və partladıcılar aşkarlanıb

KepezTV Player

Bakının Yasamal rayonunda sursat aşkar edilib. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə yerinə baxış zamanı aşkar edilən sursatların 1 ədəd RQ-42, 1 ədəd RQN-D, 1 ədəd F-1 və 1 ədəd RQN əl qumbarası, 1 ədəd UZRQM partladıcı, 1 ədəd UDZ partladıcı və 1 ədəd RQD-5 təlim üçün əl qumbarası olduğu müəyyən edilib. Sursatlar çevik qrupun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.