• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1530
— 05.02.2025 10:08

"Yalan nəyi gizlədir" - Bədii film

Norman Spenser – müəllim və tədqiqatçı-alimdir. Qızları kolecə daxil olub başqa şəhərə köçdüyündən, həyat yoldaşı Klerlə yalqız qalır. Yeni qonşuları Fyürün elə günü olmur ki, evində şüvən-mərəkə düşməsin. Bir gecə Kler pəncərədən boylanaraq, qonşunun özünü olduqca şübhəli apardığını və yığılmış xalçanı avtomobilinin baqajına yerləşdirdiyini görür. Çox keçmədən gözünə bir il əvvəl yoxa çıxmış Medison adlı tələbə qızın ruhu görünməyə başlayır. Medison onun ərinin dərs dediyi qrupda oxuyub. Norman həyat yoldaşının qarabasmalarının avtomobil qəzasının fəsadı olduğunu izah etməyə çalışır. Ancaq psixiatr əksinə Klerə ruhla rabitəyə girməyi tövsiyyə edir. Klerin buna cəhd etməsindən sonra o az qala başqa xarakterli insana çevrilir. Özünü qəribə şəkildə aparan Kler itkin düşmüş tələbə kimi açıq-saçıq geyimlər geyməyə və ərini ehtiraslandırmağa çalışır. Ölüsü tapılmayan Medisonun ona deyəcəyi hələ çox şeylər var...

Rejissor: Robert Zemekis

Baş rollarda: Harrison Ford, Mişel Pfayffer

Digər rollarda: Vendi Krüson, Co Morton, Miranda Otto