• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 02.05.2020 20:30

Maarifləndirmə tədbirləri və dezinfeksiya işləri gücləndiriləcək

KepezTV Player

Gəncə Şəhər İcra Haimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının növbəti videokonfransı keçirilib. İcra başçısı Niyazi Bayramov son günlər Gəncədə COVİD-19 infeksiyasına yoluxma hallarının çoxalmasını əsas gətirərək maarifləndirmə tədbirləri və dezinfeksiya işlərinin miqyasının artırılmasını vacib hesab edib. Koronovirusa qarşı mübarizə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün xüsusi işçi qrupunun fəaliyyətinə toxunulub, xəstəxana və poliklinikalarda monitorinqlər davam etdirilməsi vacib hesab edilib. Dezinfeksiya işlərinin mütəmadi şəkildə davam etdirildiyi, ictimai nəqliyyat vasitələri sürücülərinin tibbi maska və dezinfeksiyaedici məhlullarla təmin edilməsinə xüsusi nəzarət olunduğu vurğulanıb. Niyazi Bayramov adiyyatı qurumlara əlaqəli şəkildə fəaliyyət göstərməyi tövsiyyə edib, müvafiq tapşırıqlar verib.