• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1116
— 03.10.2023 18:19

"Keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdləri qəbuledilməzdir"

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb. Azərbaycan və ICESCO arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın sülh və quruculuq səyləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov, ölkəmizin 30 ilə yaxın davam edən münaqişə dövründə Ermənistan tərəfindən dağıdılan dini və mədəni irsimizin bərpası istiqamətində əməli addımlar atdığını diqqətə çatdırıb. Münaqişə zamanı, habelə münaqişədən sonrakı dövrdə üzləşdiyimiz ikili standartlar, keçmiş münaqişəyə dini çalarlar verilməsi cəhdlərinin qəbuledilməzliyi, habelə bu kimi addımların bölgədə sülh və sabitliyə töhfə vermədiyi vurğulanıb. Azərbaycanın Ermənistanla normallaşma və sülh gündəliyinin, habelə Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin reinteqrasiya prosesinin irəlilədilməsində qərarlı olduğu da diqqətə çatdırılıb.