KepezTV Player
Ermənistan azərbaycanlılara qarşı çoxsaylı vəhşiliklər törədib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sosial şəbəkə hesabında Finlandiyanın Cənubi Qafqaz ölkələrindəki səfiri Kirsti Narineninin ermənilərin Qarabağı tərk etməsi ilə bağlı yazısına münasibətində bildirib. Ayxan Hacızadə bildirib ki, Azərbaycan heç vaxt erməni sakinləri hədəf almayıb. Əksinə onların reinteqrasiyaları üçün təhlükəsiz mühit təmin edib. Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, bu faktı Qarabağa səfər edən BMT missiyası da təsdiqləyib.
- Baxış: 205