“Qondarma rejimin nümayəndələri Araik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib”. Bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki əhalinin qətlə yetirilməsi ilə bağlı həmin dövrdə onlarla da yanaşı, David Babayan da beynəlxalq axtarışa verilib. Babayan artıq həbsədədir və barəsində istintaq gedir. Kamran Əliyev əlavə edib ki, Azərbaycana qarşı cinayətlər törədən erməni separatçılarının həbs olunması prosesi son zamanlar sürətlənib.
Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin müəyyən edilməsi prosesi də sürətlənib. Baş prokuror bildirib ki, təəssüf ki, Ermənistan tərəf nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat vermir.
- Baxış: 150