• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 15.03.2024 13:16

Hədə-qorxu ilə 10 min manat pul tələb edən şəxs saxlanılıb

Biləsuvar rayon sakini olan bir nəfər polisə müraciət edərək rayonun Ovçubərə kənd sakini İsmayıl İsmayılovun hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirib. Araşdırmalarla İ.İsmayılovun həmin şəxsdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 10000 manat tələb etdiyi, nəticədə onlayn və nağd olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirdiyi müəyyən edilib. Onun üzərindən zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaiti aşkarlanaraq maddi sübut kimi götürülüb.  Saxlanılan şəxsin digər analoji cinayətlər törətdiyi istisna olunmur.