Ağstafa Rayon Polis Şöbəsinə rayonun Poylu qəsəbəsindəki evlərdən birinə 4 nəfər maskalı naməlum şəxslərin qanunsuz olaraq daxil olması, ev sahibinin əl-qolunu bağlayaraq oradan ümumi dəyəri 15.000 manat olan müxtəlif qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, Qaradağ rayon sakinləri - Cəfər Babayev, Sadiq Məmmədov, Bərdə rayon sakini Rəşad Nuriyev və Ağstafa rayon sakini Röyal İsmayılov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Bundan başqa araşdırmalar zamanı şübhəli şəxslərin cinayəti törətdikdən sonra digər bir rayon sakininə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları da müəyyən edilib.
- Baxış: 3764