Ermənipərəst Fransa öz ampluasında qalmaqdadır. Burnunu özündən uzaq Cənubi Qafqaza soxmaqla normallaşma, sülh, əməkdaşlıq imkanlarının hər vəclə üzərindən xətt çəkməndən çəkinmir bu xoruzlar. Separatçılığı dəstəkləyənlərdən artıq nə gözləyəsən axı?! Amma gözləntilərlə yox, reallıqlarla Azərbaycan cavab verir hər qarayaxmaya, əməli fəaliyyətlə.
Fransanın Azərbaycana qarşı düşmən mövqedə olması, ermənidən betər erməniliyi danılmazdır. 30 illik işğal dövründən sonrakı reallıqla, eləcə də yaşanan son hadisələr xoruzların başına ağıl qoymur ki, qoymur. Azərbaycanlılara qarşı olmazın zillətlərinə göz yumanlar, ağızlarına kəlmə alıb söz deməyənlər, indi etnik təmizləmə barədə banlayırlar.
Müşfiq Cəfərov- millət vəkili: “Fransa BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunur. BMT tərəfindən də qəbul edilən 4 qətnamə var idi ki, hansı ki, Qarabağın Azərbaycan torpağı olduğunu göstərirdi. Burada da Fransanın imzası, səsi olduğuna baxmayaraq yenə də ikili standart yanaşma irəli sürdü. Görünən odur ki, Fransadakı bugünkü hakimiyyət, Fransanın siyasətində erməni lobbisinin çox böyük təsiri və təzyiqi var”.
Üzərində müstəmləkə siyasəti aparan ölkə damğası olan Fransanın insan haqlarından dən vurması heç bir çərçivəyə sığmır. İnsan hüquqlarını pozan, kütləvi qırğınlar törədən bir ölkənin Ermənistana qahmar çıxması bacıların eyni əqidəli olmasından xəbər verir. Qan üzərində qurulan hakimiyyətin gec-tez süquta uğrayacağı isə qaçılmazdır.
Sahil Kərimli- siyasi şərhçi: “Ötən üç il ərzində Ermənistanın üçtərəfli bəyanata imza ataraq, Azərbaycan ərazilərindən qanunsuz erməni silahlı dəstlərinin çıxarılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi məsələsində də Qarabağda separatizmin, terorçuluğun vüsət almasını da əlbəttə Fransa pisləmədi, əksinə Fransa Ermənistanı hələ günü bu gün də müdafiə edir və Qarabağdakı separatçıları müdafiə edir”.
Azərbaycan haqqa sığınıb, öz gücünə müstəqil addımlar atır və suveren hüquqlarından istifadə edir. Buna nə Fransa, nə də başqa bir ölkə bizim üçün qadağa qoya bilməz. Səsləndirlən hansı bəyanatlar isə havaya sövrulan sözlərdən başqa bir şey deyil. Çünki, Azərbaycan dövlət başçısının timsalında nəyi, necə və nə zaman etməyi yaxşı bilir.
Elnur Vahidoğlu
- Baxış: 173