![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/palm2.jpg?itok=jKpEV3fm)
Google şirkəti Google I/O 2023 konfransı çərçivəsində PaLM 2 adlı yeni böyük dil modelini təqdim edib. Məlumatda qeyd edilib ki, artıq hamı üçün istifadəyə verilmiş süni zəka əsaslı Google Bard çat-botunun əsasında məhz sözügedən böyük dil modeli dayanır. Şirkətin məhsulları üçün nəzərdə tutulmuş yeni süni zəka əsaslı funksiyaların təməlində də PaLM 2 dayanacaq. Bu yeni böyük dil modeli Google PaLM API, Firebase və Colab üzərindən artıq tərtibatçılar üçün aktivdir. Google təqdimat çərçivəsində PaLM 2-nin texniki özəllikləri barəsində məlumat verməyib. Həmçinin böyük dil modelində olan parametrlərin sayı və onun hansı üsul vasitəsilə təlimatlandırıldığı da məlum deyil.
Google bildirib ki, PaLM 2 fəlsəfi müzakirələr, riyaziyyat və məntiq üçün çox yaxşı uyğunlaşdırılıb. Heç sirr deyil ki, böyük dil modelləri riyazi tapşırıqların öhdəsindən çətinliklə gəlirlər. Buna görə də şirkət PaLM 2-yə özlərində riyazi formulları birləşdirən çoxlu sayda riyazi və elmi mətnləri təqdim edib. Bunun sayəsində PaLM 2 riyazi tapşırıqları asanlıqla yerinə yetirə bilir. Bu yeni böyük dil modeli üstəlik proqram təminatı kodlarının tərtib edilməsini də bacarır. PaLM 2 20 proqramlaşdırma dili əsasında təlimatlandırılıb. Onların arasında JavaScript və Python kimi məşhur proqramlaşdırma dilləri və Prolog, Verilog, Fortran kimi az tanınan proqramlaşdırma dilləri də var.
- Baxış: 486