KepezTV Player
Faşizim üzərində qələbəni təkcə keçmiş SSRİ yox bütün dünyanın tərəqqipərvər ictimayyəti qeyd edir. Belə ki, faşizimin məhvi təkcə bir dövlətin üzərində qazanılan qələbə deyil. Bu nasizim, irqçilik, şovinizim, avtaritar, qeyri demokratik insan hüquqlarını hər addımda ayaqlayan bir sistem üzərində qələbədir. Qələbənin qazanılmasında istər ön, istərsə də arxa cəbhədə misilsiz xidmətlər göstərən həmvətənlərimiz olub.
İkinci dünya müharibəsində azərbaycan xalqının xidmətləri danılmazdır. Təkcə onu demək olar ki, 600 mindən çox oğul və qızlarımız müharibəyə yollanıb ki, onlarından yarıdan çox qayıtmayıb. Gəncədən də bu müharibədə 28 minə yaxın soydaşımız iştirak edib. Onlar qəhrəmancasına vuruşaraq ən qaynar nöqtələrdə faşistlərə ağır zərbələr endiriblər.
Heç danılmaz faktlardır ki, azərbaycanlılardan ibarət yaradılan divizyalar ikinci dünya müahribəsində Qafqazdan Berlinə kimi şanlı döyüş yolu keçiblər. Faşistlərin məhv edilmsində əvəz olunmaz igidliklər göstəriblər.
Bəxtiyar Məhərrəmov tarixçi: Berlin girəcəyində ilk bayrağı sancan əsgər məhz 416 divizyanın əsgəri idi. Divizyanın komandiri adlı sanlı genral Tərlan Əlyarbəyov idi. Birinci dünya müharibəsinin qəhrəmanı id. Üç dəfə müqəddəs georgi ordeni almışdı. Eyni zamanda 223-cü divizya, 77-ci divizya, 102-ci divizyalar var idi ki, bunların əsgərləri azərbaycanlılar idi və Azərbaycan dilində danışırdılar. Onlar həmin müharibədə can qoyurdular. 160 çox partizan avropa olan partizan dəstələrində vuruşurdu. Gəray Əsədov haqqında o vaxtı Sovetin bütün kitabları yazırdı. Bu insan plumyetun qarşısına sinə gələrək faşist plumyetunu susdurmuşdu ki, bölüyün əsgərləri qırılmasın. Bu qəhrəmanlığı heç zaman yaddan çıxartmaq olmaz.
Azərbaycanın iqtisadi cəhətdən də bu müharibəyə böyük töhfələri olub. Sovet İttifaqının istifadə etdiyi yanacağın 70 faizini, ümumi neft hasilatının 80 faizini Bakı veriridi. Azərbaycan xalqı cəbhə üçün gecə-gündüz demədən çalışırdı.
Bəxtiyar Məhərrəmov tarixçi: Azərbaycan ərazisində arxa cəbhədə Sovetin ordusunu müxtəlif silahlarla ehtiyat hissələri ilə təmsil edən 25 zavod var idi ki, elə onun 4 bu Gəncədə yerləşirdi. İkici dünya müharibəsinə pilot hazırlayan məktəb fəaliyyət göstərirdi. Bunların hamısı SSR-nin hərbi potensialının güclənməsinə qoyulmuşdu. Azərbaycan ən çox SSRİ-yə taxıl verən ölkələrdən idi. Bunların hamısı bizim Azərbaycan xalqının göstərdiyi rəşadət, şücayət, onun göstərdiyi səxavətin rəmzi idi.
Azərbaycan xalq olaraq faşizmin bütün təzahürlərinə qarşı olduğunu Vətən müharibəsində bir daha sübut etdi. Bu dəfə erməni faşizmini məhv etməklə, ərazi bütövlüyünü təmin etməklə.
Elnur Vahidoğlu
- Baxış: 291