• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1786
— 10.08.2021 20:35

Məktəblilərdən ikisinə nişan verilib

KepezTV Player

Orta məktəbi bitirmək bütün şagirdlər üçün həyatlarının ən xoş anlarındandır.  Amma xüsusi təltiflə məzun adını qazanmaq həm də fəxr və qürurdur. Təhsil Nazirliyinin əmrinə uyğun olaraq bilik və bacarıqları ilə hər kəsdən seçilənlər gümüş və qızıl döş nişanları ilə təltif olunurlar. Doğma Gəncəmizdən də 2 məzun bu şərəfə layiq görülüb.

Əziz Hüseynov qızıl nişan alan şagird: Gəncə şəhər 15 nömrəli tam orta məktəbi qızıl medalla bitirdim. Son illərdə daha çox çalışdım ki, bütün qiymətlərim yaxşı olsun. Əvvəlcə biraz şüpəli idim fikirləşirdim ki, bəlkə gümüş aldım. Amma sonra dəqiqləşəndə ki, qızıl medal almışam çox sevindim. Zəhmətimin sonunda bir dənə mən qızıl medal ala bildim. Uşaqlar daha çox çalışsalar Gəncədən qızıl medal alanların sayı daha çox artar. Mən artıq Koreyanın Kaysi universitetinə qəbul olmuşam, təhsilimi orda davam edəcəm. Bir neçə həmyerlimizlə birllikdə həmin universitetdə təhsil alacam.

Ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş nişanla təltif olunmaq üçün təqdim edilir. Bu il isə təltif olunanlar sırasında 2 Gəncə məktəblisi də var.

Raminə Məmmədova Təhsil İdarəsinin məsləhətçisi: Bunlardan Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin məzunu Əziz Hüseynov qızıl nişanla, İ.Məmmədov adına 27 nömrəli məktəb liseyin məzunu Azər Seyidli isə  gümüş nişanla təltif olunmuşdur. Hər iki məzunumuz təhsil aldığl müddətdə xüsusi nailiyyətlər əldə etmişdir və onlar öz davranışları ilə nümunəvi şagirdlər hesab olunurlar. Bundan başqa  tədris ili ərzində digər şagirdlərimiz də müxtəlif fən müsabiqələrində və olimpiadalarda qalib olmuşdur. Şagirdlərin burda seçilməsi onların hər tədris ili üzrə qiymətləri əla olmalıdır. Ümumi təhsil və tam orta təhsil haqqında atestatlarında qiymətlər 75 % əla olnalıdır.

Qızıl nişan əldə edən şagirdlər üçün əsas meyarlardan sayılan  beynəlxalq olimpiayadalarda yer tumaqdır. Hətta onlar universitetelərə yalnız müsabiqədən keçərək daxil ola bilərlər.

Raminə Məmmədova Təhsil İdarəsinin məsləhətçisi: Gəncə şəhər ümumtəhsil məktəblərindən qızıl nişan əldə edən Əziz Hüseynov Azərbaycanda olan ümumtəhsil müəssələrinə imtahansız qəbul ola bilər.Yəni  bu qızıl nişan verilməsində əsas sahələrdən biridiir ki, yəni şagirdlər qızl nişan əldə edirsə digər bir müsabiqədən keçərək daxil olurlar.

Məzunların qızıl və ya gümüş nişanla  təltifi Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir.