• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1387
— 14.06.2017 13:03

Sürücü avtobusun altında qaldı

KepezTV Player

Gəncəli sürücü Kürdəmirdə bədbəxt hadisənin qurbanı olub. Gəncə şəhər sakini, 52 yaşlı Vahid İbrahimov idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusunu Bakı prospektində, yol kənarındakı restoranlardan birinin qarşısında saxlayıb. Daha sonra nəqliyyat vasitəsinin təkərində yaranan nasazlığı aradan qaldırmaq məqsədi ilə maşını avtokran vasitəsi ilə qaldırıb. Ehtiyatsızlıq nəticəsində avtomobil Vahid İbrahimovun üstünə düşüb və sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı