Bu günə xəbərlərin oxunma sayı: 666
—
30.12.2025 17:23
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət Gerbinin təsviri, Nazirliyin və öz adı əks olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları var.
- Baxış: 92
