KepezTV Player
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin Şuşaya səfərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtının baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşudbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər mühüm yerləri ziyarət ediblər.
- Baxış: 364