KepezTV Player
Gəncədə “Simli sənət – Qadın kimdir?” rəsm sərgisinin qalibləri müəyyənləşib. Mükafatlandırma mərasimi Gənclər Evində baş tutub. Sərgidə Gəncə Gənclər Evindən, Şəmkirdən və Gəncə Uşaq Evindən 20 gənc bacarığını nümayiş etdirib. Tədbirdə ilk 3 yerin sahibləri müəyyənləşib. 1-ci yerə Lalə Hüseynova, 2-ci yerə Aysun Nəsibova, 3-cü yerə isə Aygün Qədimova layiq görülüb. Bununla yanaşı bütün sərgi iştirakçıları sertifikatla təltif olunub. Simlə çəkilən şəkillərdə dünyanın 20 ən güclü qadını əks olunub.
- Baxış: 567