Bu gün doğma Kəpəz TV-nin 28 yaşı tamam olur. Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz Müstəqil Teleradio Şirkəti" öz fəaliyyətində jurnalistikanın operativlik, dürüstlük, qərəzsizlik prinsiplərini əsas tutaraq daim öz auditoriyasına ən son, dolğun və doğru məlumatları çatdırır, onun bilgiləndirilməsi, maarifləndirilməsi üçün müxtəlif layihələr ərsəyə gətirir. 2013-cü ildən fəaliyyət göstərən Kəpəz FM radiosu isə çoxsaylı dinləyicilərini ən hit, ən zövqlü musiqilərlə sevindirir. Gün ərzində yayımlanan 8 xəbər buraxılışı ilə ən son məlumatları onların diqqətinə çatdırır. Teleradio şirkətinin kepeztv.az və kepezfm.az saytları da fəaliyyət göstərir. Hazırlanan materiallar həmçinin youtube səhifəmizdə geniş auditoriyaya çatdırılır. Əməkdaşımız Aişə Rzayeva “bu gün”də payı olanların fikrini öyərinib. Birlikdə izləyək...
Sizin ekrandan 2-3 dəqiqə izlədiyiniz süjet üçün əslində bir komanda işləyir. Elə isə, komandamızın üzvlərindən bir neçəsi ilə tanış olaq. Başlayaq elə operatorlardan
Xəbərlər otağında hər kəs öz işi ilə məşğuldur, redaktorlar xəbər buraxılışlarını hazırlayır, yazılan mətnləri yoxlayır, montajçılar hazırlanan videomaterialları montaj edir, prodüser, aparıcı və efir operatorları da işlərini icra edirlər. Yəni, bu otağa günün hansı saatında daxil olsaq, insanlar sözün məcazi mənasında qarışqa kimi işləyir.
Azad Mustafayev - şef-redaktor: Səhnə fəaliyyətimin- əgər belə demək mükündüsə 20 ili tamama olur. 2001 ci ildə mən Kəpəz televiziyasına gəlmişəm, və artıq 20 il keçib. Bu illlər ərzində televiziya tamaşaçılarına bir çox uğurlu xəbərlər təqdim etmişik. Mən düşünürəm ki, ən uğurlu, ən sevindiyimiz, xəbər vətən müharibəsində Azərbaycan əsgərinin, zabitlərinin, Azərbaycan ordusunun göstərdiyi uğurlu əməliyyatların xəbərləri oldu. Bu dövrün media əsgəri olaraq özümü xişbəxt hiss edirəm.Ona görə ki, bu xəbərlərin matdırılmasında az da olsa rol oynamışam. Televiziyamızın ad günü münasibətilə dəyərli tamaşaçılarımızı, çox hörmətli həmkarlsrımı təbrik edirəm, onlara yeni yeni uğurlar arzulayıram.
Elnur Rzayev - xüsusi müxbir: Bu gün hamımız üçün doğma olan Kəpəz Müstəqil Teleradio Şirkətinin ad günüdür. Mən də rəhbərlik başda olmaqla bütün həmkarlarımızı təbrik edirəm, gələcək işlərində uğurlar arzu edirəm.
Tural Əbilov - montaj işləri üzrə rejissor: Uzun müddətdir ki, Kəpəz televiziyasının Xəbərlər xidmətində montajçı qismində fəaliyət göstərirəm. Bu uzun və keşməkeşli yolda kəpəzlə birgə yaxşı səmərəli addımlar atmışıq. Bildiyimiz kimi bölgədə ilk müstəqil televiziya məhz Kəpəz televiziyasıdır və bu ayrıcalıqla mən Kəpəz televiziyasının bütün kollektivini təbrik edirəm. İnşallah gələcək uğurlarımız bol olsun.
Rüstəm Muxtarov - Monitorinq Xidmətinin əməkdaşı: Mən bir neşə ildir ki, bu kollektivdə işləyirəm, bu kollektivdə işlədiyim üçün də çox xoşbəxtəm. Kəpəzi ad günü münasibətilə təbrik edirəm.
Bəli, bir çox insanın əməyi nəticəsində ərsəyə gələn süjet sonda aparıcı tərəfindən tamaşaçılara təqdim olunur.
Zülfiyyə Telmanqızı - aparıcı-redaktor: Doğma televiziyamız Kəpəz Tv artıq 28 ildir ki, tamaşaçıların qarşısındadır, ixtiyarındadır və onlarda bizi seçdikləri üçün çox sağolsunlar. Məndə şadam ki, artıq 8- ci ilinə qədəm qoyub ki, bu televiziyanın, bu komandanın bir üzviyəm və illərdi ki, məhz bu studiyadan dəyərli tamaşaçılarımıza xəbərləri təqdim edirəm və bundan sonrakı fəaliyyətimizdə uğurlar arzulayıram həmkarlarıma,komandamıza, əməkdaşlarımıza.Tamaşaçılarımıza isə hər zaman Kəpəz televiziyasını izləməyi tövsiyyı edirik. Çünki biz əlimizdən gələni ediirik ki, oblar razı qalnınlar. Elə efirin sonunda da vurğuladığımız kimi biz baş verənləri təhrivə yol verməddən, olduğu kimi göstəririk ki, onların etibarını və etimadını qazanaq, çünki bu bizim birinci şərtimiz birinci amalımızdır. Zirvənin fəthinə gedən yolda ən böyük fateh olmağın diləyi ilə Kəpəz tv təbriklər.
Nə az, nə çox düz 28 ildir ki, Qərb bölgəsinin yeganə televiziyası olaraq ekranlarınızın qonağıyıq. İllər ərzində dəyişən peşəkarlığımız, avadanlıqlarımız, yayım keyfiyyətimiz, dəyişməyən isə sözümüz olub. Çünki tamaşaçı güvənini qazanmaq məramımızın özülünü təşkil edir. Bu aləmdə mən anlayışı yoxdur, biz varıq. Radiosu, layihələr departamenti ilə birgə biz varıq.
Vüsalə Camal - şef-redaktor: Kəpəz fm regionun yeganəsidi, ilkidi. Kəpəz fm nöqtə az saytı da dinləyicilərimizin ixtiyarındadı. Təbi ki, illər ərzində öz keyfiyyıtli işi ilə radio özünə kifayət qədər dinləyici auditoriyası, dinləyici sevgisi qazanıb. Buna da təbiki, zövqlü, gözəl musiqilərlə, mahnılarla, maraqlı verilişlərlə, ən son xəbərlərlə zəngin buraxılışlarla nail olub.Səhər saat 8, 9, 10 davamında 12,14,16,18,20- də ən son xəbərləri dinləcilərimizin diqqətinə çatdırırıq. Təbii ki, ən ümdə vəzifəmiz və zövqümüz dinləyici məmnuniyyətinə nail olmaqdır ki, bunu üçün çalışırıq.Bütün Kəpəz kollektivini, dinləyicilərimizi, komandamızı təbrik edirəm. İnanıram ki, uğurlarımız davamlı olacaq.
Xəyal Hüseynov - Kəpəz FM radiosunun əməkdaşı: Mən artıq 9 ilə yaxındır ki, Kəpəz radiosunda işləyirəm. Kəpəz fm də mənim vəzifəm səs rejissorudur. Doğurdan da bu illər ərzində çoxlu bizim uğurlarımız olub, ən əsası da biz böyük dinləyici auditoriyası qazanmışıq. Mən özümü çox xoşbəxt hiss edirəm ki, kəpəz kolloktivinin Kəpəz ailəsinin bir üzviyəm. Bu gün televiziyamızın yaşıdı və Kəpəz televiziyasını ad günü münasibətilə təbrik edirəm.
Emin İsazadə - Kəpəz FM radiosunda aparıcı: Artıq günün mahiyyətini təkrar etməyə ehyiyac yoxdu.çünki bu artıq hər kəsə məlumdur. Qısaca bu özəl və gözəl gün münasibətilə başda dəyərli kollektivim Xəbərlər departamenti olmaqla bütün televizi əməkdaşlarımız təbrik edirəm. Kəpəz tv ad günün mübarək.
Mehriban Zamanlı - Kəpəz FM radiosunun aparıcısı: Çox qısa zaman öncə Kəpəz ailəsinə məndə qoşuldum və Kəpəz ailəsinə qoşulduqdan sonra anladım ki, bura tək məktəb deyil, həm də böyük bir ailəyə sahib olmaq üçün çox gözəl bir yerdir. Məndə digər həmkarlarımın təbriklərinə qoşularaq Kəpəz tv ailəsini və Kəpəz tv ni ad günü münasibətilə təbrik edirəm.
Firuzə Əliyeva - baş direktorun müavini: Artıq 13 ildir ki, Kəpəz ailəsindəyəm. Bu illər ərzində bizim burda həm acılı, həm şirinli çox günlərimiz oldu. Ən əsası inkişaf elədik, böyüdük və zirvənin fəthi devizini də əlimizdə tutaraq irəliyə doğru getdik. Kəpəz televiziyasının ən önəmli misyasından biri burda gənc kadrlara yer verilməsi oldu ki, bu da gənclər siyasətini dəstəklədiyimizi göstərdi. Maarifləndirici verilişlər hazırladıq, uşaqdan böyüyə hər kəsin maraq dairəsinə, zövqünə uyğun layihələr təqdim elədik və bu layihələrdə qərb bölgəsində regional bir telviziya olaraq öz sözümüzü deməyə imkan verdi.Və sevinirəm ki, bu gün artıq məndə bu komandanın hələ də bir üzvi olaraq işimə davam edirəm. Doğma kanalımıza uğurların bol olsun deyirəm, ad günün mübarək.
Nəhayət bir iş gününün də sonuna çatdıq. Hər kəsin təbriklərini eşitdik, sıra gəldi mənim təbrikimə ... 28 yaşlı Kəpəz televiziyasında fəaliyyətimin daha 1 ili tamam olmasa da, sanki illərdir bu isti məkanda fəaliyyət göstərirəm. Efirimizin aydın, tamaşaçımızın bol, işlərimizin rəvan olması ‸diləyi ilə... Əsrlərə şahidlik et Kəpəz TV !!!
- Baxış: 1398