ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın müəllifliyi ilə Ermənistanda antisemitizm hallarının artmasına dair televiziya verilişi yayımlanıb.Verilişdə müəllif İsrail hökumətinin hesabatına istinad edərək, dünyada antisemitizmin geniş yayıldığını, xüsusilə Azərbaycanın Vətən Müharibəsindən sonra Ermənistanda bu kimi halların sürətlə artdığını bildirir.Antisemitizmin Ermənistanda yeni olmadığı, nüfuzlu yəhudi təşkilatı olan Anti-Defamasiya Liqasının sorğusuna əsasən Ermənistanın Avropada ikinci, dünyada isə Yaxın Şərq və Şimali Afrika xaricində üçüncü ən antisemit ölkə olduğu vurğulanır. Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir və onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarında çoxsaylı məqalələri dərc olunub.
- Baxış: 276