KepezTV Player
Ötən gündən etibarən Daşkəsənin mərkəzinə yağan qarın hündürlüyü artıq 30-40 santimetrə çatıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədovun sözlərinə görə, güclü qar hələ də yağmağa davam edir. Qabaqlayıcı tədbirlər sayəsində kommunal xidmətlərdə heç bir problemlər müşahidə olunmur. Əhaliyə işıq, qaz və suyun verilməsi davam etdirilir. O cümlədən əsas yollarda qabaqlayıcı tədbirlər görülüb. Texnikaların köməyi ilə yollar qardan təmizlənib, qum səpilib. Hazırda kəndlərdə də texnikalar işləyir, yollarda gediş-gəliş təmin olunur.
- Baxış: 342