Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfəri başlayıb. Davosda dövlətimizin başçısının Niderlandın “Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen ilə görüşü olub. Prezident İlham Əliyev “Damen Shipyards Group” şirkətinin bu yaxınlarda Azərbaycanda layihələri artıq həyata keçirməyə başlamasından məmnunluğunu bildirib. Dövlətimizin başçısı ölkəmizin önəmli tranzit ölkəsinə çevrildiyini qeyd edərək, respublikanın ərazisindən keçən yüklərin həcminin 75 faiz artdığını vurğulayıb. Qeyd edib ki, bütün bunlar nəzərə alınaraq, Azərbaycanda yeni tankerlərin, quru yük gəmilərinin və bərələrin sayının artırılmasına ehtiyac var. Bu sahədə də "Damen Shipyards Group"la əməkdaşlıq üçün yaxşı potensial mövcuddur. Həmçinin Azərbaycanın Hərbi Dəniz Qüvvələri üçün də müxtəlif gəmilərin istehsalının mümkünlüyü məsələləri müzakirə edilib. ***Prezident İlham Əliyevin Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə də görüşü olub.
- Baxış: 485