• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2434
— 21.12.2020 12:20

Şuşa Qartalı ləqəbli Qəzənfər Məmmədov

KepezTV Player

Torpaq dedikdə ilk olaraq ağıla müqəddəs bir məfhum gəlir. Çünki, torpaq anadır. Torpaq qanı ilə suvarılan igidləri ilə müqəddəsdir. Vətən uğrunda vuruşaraq şəhidlik zirvəsinə ucalanlardan biri də Qəzənfər Məmmədovdur. O ali zirvəyə ucalan şəhidimizi yaxından tanıyaq.

Qürur tariximizi yazanlar və yaşadanlardan olan Qəzənfər Məmmədov Daxili Qoşunların leytenantı olub. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək, vətən uğrunda canını fəda edib.

Şuşa qartalı ləqəbi ilə tanınan şəhidimiz yardımsevərliyi ilə də seçilən biri olub. Əlindən gələn köməyi heç zaman dostlarından əsirgəməyib.

Qarabağın göz bəbəyi olan Şuşanın alınmasında, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirdiyi üçün Qəzənfər Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Qənirə Abbaszadə