• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1826
— 11.11.2020 19:06

Yol üstə olan keçmiş köçkünlər

KepezTV Player

Smavar, süfrə, kəlağayı, eləcə də digər məişət əşyaları. Bunları 30 il əvvəl qaçqın düşəndə dədə-baba torpaqlarından gətirib Laçın və Kəlbəcərdən olanlar, Onlar yol üstədirlər. Artıq evlərinə qayıtmağın hazırlıqlarını görürlər.

Mənim çiynimdə görüdüyünüz bu parça Laçın rayonunda gərdək başı adlanır. Adətə görə bu Laçın rayonunda toyu olan hər bir bəyin sağdışına gəlin tərəfindən tikilərək hədiyyə verilir. Toy başlıyandan sona kimi bu sağdışın çiynində olur. Nəsibovlar ailəsi də Laçın rayonunda köçəndə bu gərdək başını oradan bura gətirib.

Lida Nəsibova Laçın sakini: Məxmər süfrə deyillər, stol üstü süfrədir. Bu o vaxtın Qoşa suyun nişanəsidir. Bu mənim toyumunda alınan başımın kəlağayısıdır. Bu da cehiz smavarımıdr. Üstündə olan bu qırmızı 1982-ci ildə Qoşasuda bağlanan qırmızıdır solub rəngini itirib.

30 ilə yaxındır yurd həsrətinin təskinliyi bunlarla tapıb Lidya Nəsibova. Gecələr Laçının Qoşasu kəndini yuxuda görəndə oyanıb bu əşyaları öpüb ağlayıb, özünə ürək-dirək verərək ora qayıdacağı günə inanıb.

Lida Nəsibova Laçın sakini: O divar olmasa da evimizin yeri yadımdadır. Dəyə qurarıq, dolanıb orada yaşıyarıq. Öz torpağımızda, öz kəndimizdə, vətənimizdə yaşıyaq. İndi də yığıb hazırlamışam. Nə vaxt prezidentimiz qərar verərsə bu əşyalarımla Qoşasudayam.

Həyat yoldaşı Bayram Nəsibov isə deyir ki, 1992-ci ildə Laçının Qoşasu kəndindən çıxanda ailəsi 5 nəfərdən ibarət olub. İndi 62 yaşlı Bayram kişi 11 nəfərədək böyüyən ailəsi ilə yurd-yuvasına köçməyə hazırlaşır.

Bayram Nəsibov Laçın sakini:Yenə də o əraziləri gəzəcəyik. Uşaqlarımızı nəvələrimizi ora aparacğıq ki, bizim yerlər belə olub. Ermənilər əlimizdən alsa da yenə də biz qayıdacağıq. Prezidentimiz sağ olsun ki, ordumuzla birlikdə torpaqlarımızı azad etdi.

Nəzrin Nəsibli Laçın sakini: Mənim 11 yaşım var, beşinci sinifdə oxuyuram. Atam telefonda göstərir deyirdi ki, bura bizim evimizdir. Ev dağılsa da babam oranı təzə təmir etmişdi. Çox şey danışır məndə oraları görüb tanımaq istərdim.

Kəlbəcər rayonun Çaykənd kənd sakini Nüsrət Şahmuradov da böyük qayıdışa başlanılan anı gözləyir. Birinci Qarabağ müharibəsində döyüşən Nüsrət Şahmuradovun indi yolunu oğlu davam etdirir. O, da torpaqlarımızın işğalçılardan azad edilməsində düyüş meydanında olub.

Nüsrət Şahmuradov Kəlbəcər sakini: Mənim özümün də övladımın biri N saylı hərbi hissədə xidmətdədir. Şuşanın alınmasında iştirak edib. Hazırda yaralıdır, müalicəsi davam edir. Biz hamımız prezidentin arxasında birləşmişik. Qürur hissi keçiririk, sevincimizdən gözlərimiz yaşarır. Hamımız istəyirik ki, dədə-baba torpağımıza qayıdaq. Anadan olduğumuz, uşaqlığımız keçən torpaqda yaşamaq istəyirik.

Qarabağa, doğma diyarlara qayıtmağa hazırlıq gedir. Həmin anın başlayacağını səbirsizliklə gözləyənlər. Bu günə isə bir nəfəs qədər yaxındırlar.

Elnur Vahidoğlu