Azərbaycan Respublikası Prezidentinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə, eləcə də narkomanlığa qarşı mübarizəyə dair 2013-2018 illəri əhatə edən dövlət proqramının icrası ilə əlaqədər Ağstafa rayon polis şöbəsinin əməkdaşları təhsil ocaqlarında maarifləndirici görüşlər keçirir. Məktəblilər və onların valideynlərinə narkomaniya və onun fəsadları, buna qarşı aparılan mübarizə tədbirləri barədə danışılıb. 2017-ci ilin geridə qalan dövrü ərzində Ağstafada 3 nəfər şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə etmə və saxlama maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub. Polisin apardığı qabaqlayıcı tədbirlər sırasında gənc nəsli ağ ölümün fəsadlarından qorumaq, valideynlərin bu işdə məsuliyyətini artırmaq xüsusi yer alır. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.
Natiq Hüseyn
- Baxış: 509