KepezTV Player
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Gəncə şəhərində Mərkəzin fəaliyyyətə başlaması üçün lazım olan təşkilati işlərin görülməsi, həmçinin KOB-lara təlim və seminarların keçirilməsi, habelə məsləhət və dəstək xidmətlərinin satın alınması üçün açıq tender elan edib. İddiaçılar ilkin sənədləri iyunun 19-u, tender təklifi və onun bank təminatını isə ayın 30-u saat 16-a qədər dövlət satınalmaları vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Nəticələr iyulun 1-də portalda açıqlanacaq.
- Baxış: 299