• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 15.05.2020 12:05

İşsizlərə təklif edilən ictimai işlər açıqlandı

KepezTV Player

İşsizlərə təklif edilən ictimai işlər açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, tikinti və təmir işləri, kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələri əhatə edir. Haqqı ödənilən ictimai işlərə cəlb edilən şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanır. Xüsusi karantin rejimi dövründə işini və qazancını itirmiş şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək üçün DOST İş Mərkəzi vasitəsi ilə 90 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub. Həmin işlərə cəlb edilənlərin sayı artıq 61 mini ötüb.