Xəbər verdiyimiz kimi ötən gün ölkə başçısı tərəfindən mükafatlandırılan mədəniyyət işçilərindən üçü Gəncə Dövkət Dram teatrının əməkdaşıdır. Xalq artistləri Pərvanə Qurbanova və Vaqif Şərifov, teatrın baş rejissoru İradə Gözəlova təəsuratlarını tamaşaçılarla bölüşüb.
Vaqif Şərifov - Xalq artisti: Dövlət başçımızın bir kəlamı yadıma düşdü. O, deyir ki, mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Sözün əsl mənasında bu doğrudan da belədir. Mən bunu elə bu sərəncamla hiss elədim ki, möhtərəm prezidentimiz, dövlət başçımız həmişə yanımızdadır. Xüsusən də incəsənt insanlarına onun olan münasibəti, əsasən də teatr işçilərinə olan münasibəti göz qabağındadır. Sevincimin həddi yoxdur.
Sevincinin həddi-hidudu olmayan xalq artisti, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov Prezidentinin fərdi təqaüdünə layiq görülən 7 nəfər incəsənət xadimindən biridir. 77 yaşlı sənətkar 60 ildir teatrda səhnə fəaliyyəti ilə məşğul olur. Əsasən yaradıcılığında tragediya əsərlərini səhnələşdirən rejissor 200-dən artıq əsərə həyat verib. Elə eyni teatrda çiyin-çiyinə çalışdığı İradə Gözəlova da onun kimi sevinənlər sırasındadır - prezident mükafatına layiq görüldüyü üşün.
İradə Gözəlova - Gəncə Dövlət Dram Teatrının baş rejissoru: Mən Gəncə Dövlət Dram Teatrı adından və şəxsən öz adımdan mənə prezident mükafataı verilməsinə görə dərin təşəkkürümü bildirirəm. Bir də onu qeyd etmək istəyirəm ki, biz sənət adamları dövlətimizin qayğısını və sevgisini daima hiss edirik.
Respublikanın xalq artisti Pərvanə Qurbanova da dövlət başçısı tərəfindən mükafata layiq görülüb. Gəncə Dövlət Dram Teatrının aktrisası yaratdığı obrazlarla tamaşaçıların sevimlisinə çevril üçün diqqətdən kənarda qalmayıb.
Pərvanə Qurbanova - Xalq artisti: Bu ağır günlərdə, bu karantin günlərində, bu çətin günlərimizdə yenə də yanımızdadır, yenə də bizi sevindirir, yenə də bizim qayğımızı çəkir. Bunun üçün prezidentimizə çox-çox minnətdarıq. Təbii bunun qiyməti onun dəyərindədir, miqdarında deyil. O bu gün bizə verilən böyük bir dəyərdi. Çox təşəkkür edirəm. Sevincimi bu mükafata layiq görülən sənətkarlarımızla bölüşürəm.
Əməkdaşlarının ali səviyyədə mükafatlandırılması 125 yaşı tamam olan teatr üçün hədiyyə kimi qiymətləndirilir.
Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru: Bu ümumilikdə Gəncə teatrına, Gəncəyə olan diqqət və qayğının təzahürüdür. Möhtərəm cənab prezident Gəncə və gəncəlilərə həmişə böyük diqqət yetirib. Bu gündə diqqət və qayğı öz təzahürünü göstərməkdədir. Fürsətdən istifadə edib möhtərəm cənab prezidentə bütün yaradıcı kollektiv adından çox sağ ol deyirəm. Möhtərəm prezidentin bu etimadını bütün kollektiv çalışacaq ki, doğrultsun. Gələcəkdə öz işləri ilə həmin etimadı doğruldaraq daha böyük uğurlara imza atsınlar.
Teatrda çalışan 44 aktyor heyyətindən 4-ü xalq artisti, 8-i əməkdar artist və 1 isə əməkdar mədəniyyət işçisidir.
- Baxış: 648