• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1283
— 03.05.2020 12:04

Sərnişin qatarlarının hərəkət məhdudiyyəti uzadılıb

KepezTV Player

Azərbaycanda xüsusi karantin rejiminin müddətinin mayın 31-dək uzadılması ilə əlaqədar sərnişin qatarlarının hərəkəti ilə bağlı məsələyə də yenidən baxılıb. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunsa da, ictimai nəqliyyatla sərnişindaşıma xidmətinə icazə verilmir. Odur ki, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək hərəkətdə olmayacaq. Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq ediləcək.