KepezTV Player
Kürdəmirdə fəhlə işlədiyi binadan yıxılaraq ölüb. Hadisə rayonun məcburi köçkünlər üçün tikilən yaşayış massivində baş verib. Atakişilli kənd sakini, 24 yaşlı Səməd Həmidov işlədiyi binada ehtiyatsızlıq edib və hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan zərərçəkən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həmidov xəstəxanada dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Fakt araşdırılır.
- Baxış: 534