• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 29.03.2019 11:57

Gələn ayın hava proqnozu açıqlandı

KepezTV Player

Aprel ayının hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gələn ay havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, əsasən dağlıq və dağətəyi rayonlarda bir qədər çox olacağı ehtimal olunur. Gəncə-Qazax bölgəsində orta aylıq temperatur 12-15 dərəcə isti, Daşkəsən, Gədəbəydə isə 6-10 dərəcə isti təşkil edəcək.