KepezTV Player
Ucar şəhəri Nəriman Nərimanov küçəsində, Nofər Həsənova məxsus 5 otaqlı, 2 mərtəbəli evdə yanğın olub. Evin 50 kvadratmetrlik hissəsi əşyaları ilə birlikdə yararsız hala düşüb. Yanğın baş verən zaman evdə olan ailə üzvlərini içəridən çıxarmaq mümkün olub. Xəsarət alan olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar yanğından mühafizə hissəsinin 3 avtomobili və 20 nəfərlik heyəti cəlb edilib. Alovun ətrafdakı digər 2 fərdi yaşayış evinə keçməsinin qarşısı alınıb.
- Baxış: 455