• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1209
— 10.10.2018 13:25

53 yaşlı qadın doğum evində dünyasını dəyişdi

KepezTV Player

Sumqayıtda 1 nömrəli doğum evində ölüm olub. Hadisə ötən gün gecə saatlarında baş verib. Sumqayıt şəhər sakini, 53 yaşlı Ceyran Abdullayeva qarın boşluğunda kəskin ağrılarla şəhər 1 nömrəli doğum evinə müraciət edib. Bir gündən sonra isə dünyasını dəyişib. Ceyran Abdullayevanın yaxınları iddia edirlər ki, 53 yaşlı qadına əməliyyat zamanı verilən narkozun dərəcəsi yüksək olub. Bu səbəbdən qadının ürəyi dayanıb. Xəstəxanadan isə bildirilib ki, Abdullayevanın ginekoloji problemləri olub və xəstəxanaya gec müraciət edib. Faktla bağlı araşdırma aparılır.