KepezTV Player
Paytaxtın Binəqədi qəsəbəsindəki marketlərdən birinin önündə təxminən 40-45 yaşlı kişini avtomobil vurub.Piyadanın vəziyyətinin ağır olduğunu görən sürücü hadisə yerindən qaçıb.Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Daha bir anoloji fakt isə Xəzər rayonunda baş verib.Binə qəsəbəsində yolu keçmək istəyən 21 yaşlı Zəhra Dadaşovanı "Jeep" markalı avtomobil vurub. Ağır kəllə-beyin travması alan gənc qız 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Faktlar araşdırılır.
- Baxış: 517