Bu dəfə dələduzların hədəfi məşhur müğənni oldu. "Avrovizya" mahnı müsabiqəsinin iştirakçısı olmuş xanım müğənninin avtomobilini qarət ediblər. Söhbətin kimdən getdiyini növbəti videomaterialdan biləcəksiniz.
Hadisə paytaxtın Səbail rayonu Teymur Elçin küçəsində müqənni Dilarə Kazımovanın yaşadığı binanın qarşısında baş verib. Kazımovanın sözlərinə görə, ona məxsus maşının yan şüşəsini sındıraraq içərisindən 2 min manat pul və xeyli əşya oğurlayıblar.
Hadisə ilə bağlı polisə məlumat verilib. Səbail rayon polis idarəsi 9-cu polis bölməsinin əməliyyatçıları hadisə yerində olublar, avtomobildən barmaq izləri götürüblər və ətrafda quraşdırılmış şəhər təhlükəsizlik kameralarının görüntülərinə baxıblar. İdarədən verilən məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 703