• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1547
— 21.04.2018 14:51

İpəkqurdlarının daha çox məhsul verməsi üçün yeni təcrübə sınağına başlanılıb

KepezTV Player

Mütəxəssislər Respublikada ipəkqurdlarının daha çox məhsul verməsi üçün yeni təcrübə sınağına başlayıblar. Əgər təcrübə müsbət nəticəsini verərsə üç ildən sonra baramaçılıqla məşğul olan fermerlər çəkdikləri əziyyətə görə daha çox məhsul ala biləcəklər.

Turanə Məmmədova Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Baramaçılıq laboratoriyasının müdiri : “Şəki Regional Elm Mərkəzinin İpəkçilik şöbəsi ilə biz müqavilə imzalamışıq. Bu ildən başlayaraq biz onlardan üç cins və bizdə olan cinslərdən də onlara vermək şərti ilə ortaq hibritləşəmə planınımızda var. Aprel ayının 16-dan biz artıq Şəki kombinatının soyuducularından qrenanımızı götürdük.

Şəkidən alınan “Şizem 4”, “GE 143” və “Çingiz Yaqub” ipək qurdu cinsləri Heyvandarlıq Elmi Tətqiqat  İnstitutunun baramaçılıq laboratoriyasına, buradan isə “Mayak 2”, “Çinar” və “Bəxtiyar” ipəkqurdu cinsləri Şəkiyə göndərilib. İnstituta gətirilən ipəkqurdu cinsləri 3 gün xüsusi hazırlıq otağında saxlandıqdan sonra inkubasiya otağında qutulara köçürülüb.

Rasimə Hüseynova laboratoriyanın elmi işçisi: “Ona çox diqqət ayrırıq. Sayıldıqdan sonra qutulara qoyulur. Bilək faizimizi, nə qədər çıxış olacaqdı. 21-22 dərəcə istilikdə saxlayırıq. 60 faiz nəmlik almalıyıq. İnkubasiya dövründə qurd çıxana kimi 11 gün saxlayırıq”.

Şəkidən hər cins ipəkqurdundan 1000 ədəd toxum gətirilib.

Turanə Məmmədova Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Baramaçılıq laboratoriyasının müdiri:  “Məqsəd odur ki, öyrənək iqlim şəraiti ipəkqurdlarına nə dərəcədə təsir edir. Həmin cinslərin məhsuldarlığı Şəkidə nə qədərdi, bizdə nə qədərdi. İstehsalat şəraitində biz bu cinsləri veririksə onlarda qutuda alınan baramanın məhsuldarlığı təxminən 50-60 kq olur. Təcrübə şəraitində 100-110 kq almaq mümkündür. Əslində bunu daha da yüksəltmək mümkündür”.

Tədqiqatlar müsbət nəticə verərsə istehsalatda bir qutu ipəkqurdundan 100 kq, təcrübədə isə təxminən 150 kq məhsul almaq mükün olacaq.

Elnur Vahidoğlu